25 noyabr 2025 19:53
71

ABŞ və Aİ arasında mövqelərin uzlaşdırılması üçün real imkan mövcuddur

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uityeker Vaşinqtonun Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra da Avropaya silah tədarükünü davam etdirmək planlarını açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bunu "Fox Business" telekanalına verdiyi müsahibədə bildirib.

Daimi nümayəndə azad bazarın təmin olunması üçün Avropa İttifaqı ilə danışıqların vacibliyini vurğulayıb.

"Avropadakı müdafiə-sənaye bazası Ukraynanı təmin etmək üçün kifayət qədər silah istehsal edə bilmir, buna görə ABŞ-nin təşəbbüsləri var və mən şəxsən onların üzərində işləyirəm", – deyə o qeyd edib.

Uityeker əlavə edib ki, bütün bu məsələlər danışıqlar gündəliyindədir: "Biz əmin olmalıyıq ki, sülh bərqərar olduqdan sonra da silahlarımızı, sursatlarımızı burada, Avropada Aİ-nin ticarət maneələri olmadan sata bilək".

Diplomatın sözlərinə görə, bu məsələdə ABŞ və Aİ arasında mövqelərin uzlaşdırılması üçün real imkan mövcuddur.