26 noyabr 2025 08:34
93

Tramp: Ukrayna müəyyən ərazilərdən imtina etməlidir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, sülh razılaşmasına nail olmaq üçün Ukrayna bəzi ərazilərdən imtina etməlidir, əks halda bu əraziləri bir neçə ay ərzində itirə bilər.

“İki sahil” xəbər verir ki, ABŞ lideri bunu Floridaya gedərkən təyyarəsində jurnalistlərlə söhbətində deyib.

“Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50–60 min insan itirmək istəyirsiniz, ya da elə indi nəsə etmək istəyirsiniz”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib: “Bu müharibə illərlə davam edə bilər və Rusiyanın daha çox insan və hərbi resursu var. Ona görə mən hesab edirəm ki, Ukrayna saziş bağlaya bilsə, bu, yaxşı olardı. Düşünürəm ki, bu, hər iki tərəf üçün əla seçim olar”.