26 noyabr 2025 09:30
64

ABŞ Prezidenti: Uitkoff və Kuşner gələn həftə Moskvada Putinlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner gələn həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər.

“İki sahil” xəbər verir ki, ABŞ lideri bunu Floridaya gedərkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.

Trampın sözlərinə görə, Kuşner Ukraynada sülh prosesində iştirak edir və Uitkoffla birlikdə danışıqlar üçün Rusiyaya “yüksək ehtimalla” səfər edəcək. “Məncə, onlar gələn həftə Moskvada Prezident Putinlə görüşəcəklər”, – deyə ABŞ Prezidenti qeyd edib.