26 noyabr 2025 10:06
62

Yüksək Liqada IV turun son oyunu Tovuzda keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura bu gün yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, turun son qarşılaşması Tovuzda baş tutacaq.

"Turan" evdə "DH Volley" komandası ilə üz-üzə gələcək.

Görüş Tovuz Olimpiya Kompleksində saat 16:00-da start götürəcək.