"Dondurulmuş" Rusiya aktivlərinin müsadirəsinin uğursuz olması halında Aİ ölkələri təcili olaraq 2026-cı ildə Ukraynanı maliyyələşdirmək üçün ehtiyat plan hazırlayırlar.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşr izah edir ki, Belçikanın Baş naziri Bart de Vever Belçika depozitariyasında saxlanılan 140 milyard avroluq Rusiya aktivlərinin müsadirəsinə qarşıdır.
Siyasətçi hesab edir ki, Rusiya öz ərazisindəki Avropa şirkətlərinin aktivlərini ələ keçirməklə cavab verəcək və bu da Brüsselə qarşı çoxsaylı məhkəmə iddialarına səbəb olacaq.
Pentaqon Ukraynaya hərbi yardımın çatdırılmasında gecikmələr olduğunu etiraf edib