26 noyabr 2025 13:11
77

Tramp Uitkof-Uşakov danışıqlarının yayılan stenoqramına münasibət bildirdi

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkof və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında Bloomberg tərəfindən yayımlanan söhbətin stenoqtamını "standart danışıqlar forması" olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, o, The Wall Street Journal-a verdiyi müsahibədə Bloomberg-in dərcini şərh edib.

"Bu, adi haldır. Məncə, o, eyni şeyi Ukraynaya da deyir. Bu müharibə illərlə davam edə bilər. Rusiyanın daha çox insanı və əsgəri var. Əgər Ukrayna razılığa gələ bilsə, bu, hər iki tərəf üçün yaxşı olardı. Ukrayna daha kiçikdir", - deyə, Tramp bildirib.

Bloomberg ABŞ-ın xüsusi nümayəndəsi ilə Rusiya Prezidentinin köməkçisi arasındakı söhbətlərin stenoqramını yayıb.

Bildirilir ki, birinci söhbət Uitkof və Uşakov arasında 14 oktyabrda baş verib. İkincisi isə 29 oktyabrda Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev arasında olub. Dmitriyev sosial media hesabında məlumatın saxta olduğunu bildirib.