26 noyabr 2025 14:24
42

Uyğun bir vaxtda Azərbaycana getməyə hazıram - Simonyan

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, o, bunu parlamentdə jurnalistlərə açıqlamasında deyib.

"Mən uyğun bir vaxtda Azərbaycana getməyə hazıram. Həmkarımı hər hansı bir formatda Ermənistana dəvət etmək niyyətindəyəm", - A.Simonyan bildirib.