26 noyabr 2025 18:19
88

Türkiyədə FETO ilə mübarizə çərçivəsində Silahlı Qüvvələrdən 24 min nəfər xaric edilib

Türkiyədə FETO ilə mübarizə çərçivəsində 2016-ci il iyulun 15-dən bəri Silahlı Qüvvələrdən ümumilikdə 24 min 2 nəfər xaric edilib, 2 min 225 nəfərin isə rütbəsi geri alınıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisinin (TBMM) Planlaşdırma və Büdcə Komissiyasında nazirliyin 2026-cı il büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrdə cinayət törədənlərdən heç birinə güzəşt edilməyib və hər biri məsuliyyətə cəlb olunub:

"Türkiyənin müdafiə sənayesi yüksələn bir güc mövqeyindədir. Çatdığımız bu səviyyənin daha da irəli aparılması üçün resurslarımızdan doğru istifadə etməliyik. Buna görə də fəaliyyətimizi bütün tərəfdaşlarımızla uyğun səviyyədə aparırıq".