27 noyabr 2025 09:44
117

Basketbol millimizin oyunu var

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxacaq.

“İki sahil” xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qarşılaşma Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.