27 noyabr 2025 14:35
82

Lukaşenkodan Zelenskiyə çağırış

Belarus prezidenti Aleksandr Lukaşenko Volodimir Zelenskini danışıqları pozmamağa çağırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, Bişkekdə jurnalist Pavel Zarubinə bildirib ki, danışıqlar prosesini pozmağa ehtiyac yoxdur.

Onun sözlərinə görə, Ukrayna rəhbəri həyat bahasına başa gələn müharibəni dayandırmalıdır.

Lukaşenko həmçinin Zelenskini Ukraynanın mövcud sərhədlərini qorumaq üçün razılığa gəlməyə çağırıb.