ABŞ və Ukrayna nümayəndə heyətləri əldə olunmuş razılaşmaların inkişafı ilə bağlı həftəsonu Cenevrədə bir araya gələcəklər.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında bildirib.
"Əsas ortaq məqsədimiz dəyişməz qalır – Ukrayna üçün mümkün qədər tez uzunmüddətli və ləyaqətli sülhə nail olmaq", – o yazıb.
Ukrayna Prezident Ofisinin rəhbəri vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün addımların müəyyən edilməsində nəzərəçarpacaq irəliləyiş əldə olunmalıdır.
"Cenevrədə olduğu kimi, indi də müharibənin başa çatdırılması üçün addımların müəyyən edilməsində nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün konstruktiv söhbətə hazırlaşırıq. ABŞ komandasına fasiləsiz işlərinə görə təşəkkür edirəm. Sülh ümumi nailiyyət olmalıdır", – Yermak qeyd edib.