27 noyabr 2025 23:13
75

Türkiyədə 120 nəfər qidadan zəhərlənib

Türkiyənin paytaxtı Ankara şəhərində 120 nəfər qidadan zəhərlənib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Ankaranın Sincan rayonunda 120 nəfər inşaat işçisi yemək şirkətlərinin birindən sifariş etdikləri qidaları yedikdən sonra özlərini pis hiss ediblər.

Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.