01 dekabr 2025 13:26
70

IDEA məktəblilər üçün Eko-park İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib

IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təmsil edən 100-dən çox şagird EKOL-un Eko-park İnnovasiya Mərkəzində ekskursiyada olub.

“İki sahil” xəbər verir ki,  IDEA İctimai Birliyindən bildirilib ki, əvvəlcə şagirdlər üçün ətraf mühitin qorunmasının əhəmiyyəti və Eko-parkda təhlükəsizlik qaydalarına dair infosessiya keçirilib. Daha sonra onlar park ərazisində həm əyləncəli, həm də maarifləndirici ekskursiyada iştirak ediblər.

Ekskursiya çərçivəsində məktəblilər ətraf mühitin mühafizəsi, sənaye tullantılarının idarə olunması, bu istiqamətdə görülən işlər, rekultivasiya prosesi, abadlaşdırma və digər innovativ layihələrlə tanış olublar. Sonda isə şagirdlər dibçəklərə ting və güllər əkərək təbiətin yaşıllaşdırılmasına öz töhfələrini veriblər.

IDEA İctimai Birliyi planetimizin mühafizəsində gələcək nəsillərin, xüsusən də uşaqların rolunu nəzərə alaraq, onların bu sahədə maarifləndirilməsi, ekoloji dünyagörüşünün formalaşdırılması və yaradıcı ideyalarının reallaşdırılması məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.