02 dekabr 2025 09:19
235

Masallıda avtomobil aşıb

Masallı rayonunda avtomobil aşıb.

“İki sahil” xəbər verir ki, Musayev Zakir Məmmədağa oğlu Həsənli kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişinlər - 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il təvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub. Onlardan S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanmışdır.