02 dekabr 2025 09:56
248

Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.

“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən  verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək