02 dekabr 2025 17:00
70

“Bir Səhnə, Min Rəng” adlı bədii yaradıcılıq festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi tərəfdaşlığı “Bir Səhnə, Min Rəng” adlı bədii yaradıcılıq festivalı keçirilib.

Festival “Biz bir ailəyik” əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin təsşkilatçılığı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Unec İnklüziv Təhsil Mərkəzinin, UNEC Yaradıcılıq Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəznində Humanitar kollecin təşkilati dəstəyi ilə baş tutub.

“İki sahil” xəbər verir ki, festivalın təşkil olunmasının səbəbi fiziki məhdudiyyətlərin heç vaxt istedad və yaradıcılıq üçün maneə olmadığını bir daha sübut etməkdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova və tədbirin idea müəllifi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin mütəxəssisi, “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin sədri Günay Ağazadə çıxış edərək, tədbirin əhəmiyyəti barədə məlumat veriblər.

 

Tədbir bədii hiss ilə davam edib. Sonda isə tədbir iştirakçıları mükafatlandırılıb.