Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, telefon danışığı zamanı Türkiyə–Fransa münasibətləri, Ukrayna–Rusiya müharibəsi və regional məsələlər müzakirə edilib. Ərdoğan iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin müharibənin ədalətli, davamlı sülhlə başa çatması üçün səylər göstərdiyini qeyd edib. İstanbul prosesinin canlandırılması üçün təmasların davam etdiyi bildirilib.
Türkiyə lideri diplomatiyanın sülh üçün əsas vasitə olduğunu, Türkiyənin atəşkəs və sonrakı mərhələlərdə dəstəyini artıracağını ifadə edib. Görüşdə həmçinin Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyət nəzərdən keçirilib.
Ermənistan 2029-cu ilədək müdafiə sənayesinin inkişafına 393 milyon dollar yönəldəcək
Kavelaşvili: Tbilisidə keçirilən aksiyalarda iştirak edən qruplar xaricdən maliyyələşir