03 dekabr 2025 15:13
62

Amerikalı boksçu dünya çempionu titulundan məhrum edilib

Amerikalı boksçu Terens Krouford Dünya Boks Şurasının (WBC) titulundan və mübahisəsiz super orta çəki (76,2 kq) dünya çempionu titulundan məhrum edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Ring" jurnalı məlumat yayıb.

Bu qərar Taylandda keçirilən 63-cü WBC Konvensiyasında qəbul edilib. Terens Krouford təşkilata çempionluq haqqını ödəməyib. WBC prezidenti Maurisio Süleymanın sözlərinə görə, boksçu sentyabr ayında meksikalı Saul Alvarezə qarşı döyüşü üçün 50 milyon dollar qazanıb və döyüşü təsdiqləmək üçün büdcəsinin 0,6%-ni (300.000 dollar) ödəməli olub.

WBC super orta çəki titulu boş qaldığı üçün britaniyalı Həmzə Şiraz və fransalı Kristian M'billi bu titulu uğrunda mübarizə aparacaqlar. Qvatemalalı boksçu Lester Martinez məcburi rəqib olacaq.