03 dekabr 2025 16:30
92

YAP Bərdə rayon təşkilatının üzvləri Vətən müharibəsi qazisini ziyarət ediblər

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla Aparatın kollektivi "Konstitusiya və Suverenlik İli" çərçivəsində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə  Vətən muharibəsi Birinci qrup əlil Əsədzadə Tural Nizami oğluna baş çəkiblər. 

Görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya  Müzəffər Liderimiz, dövlət başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə əlil vətəndaşlara olan dövlət qayğısından, qazilərin sağlamlığı istiqamətində görülən işlərdən danışıb və bu  kateqoriyadan olan insanlarin cəmiyyətə inteqrasiyasınin əhəmiyyətinə diqqət çəkib.

Görüşdə Aprel döyüşlərində hərbidə olan,  Vətən müharibəsinin Birinci qrup əlili Əsədzadə Tural döyüş yolundan, ön cəbhədə yoldaşları ilə birlikdə göstərdikləri igidliklərdən, həmçinin yaralandıqdan sonra ona göstərilən diqqət və qayğıdan danışıb. 

Əsədzadə Tural Nizami oğlu Vətən müharibəsində göstərdiyi igidliklərə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub. 

Görüşdə Qazi Turalın atası Əsədzadə Nizami  və anası, özü də əlil olan Şəlalə Quliyeva dövlətimiz tərəfindən əlillərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

YAP Bərdə rayon təşkilatı Vətən müharibəsinin Birinci qrup əlili Əsədzadə Turalın ailəsinin çətinlikləri ilə maraqlanib, onlara dəstək olmağa çalışıb.