Avropa Komissiyası Ukrayna üçün "potensial təzminat krediti"ni təsdiqləyib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bunu Brüsseldə keçirilən mətbuat konfransında açıqlayıb.
O, bildirib ki, mümkün təzminat krediti ilə bağlı təkliflər müzakirə edilib və sonra qərar qəbul edilib.
O, vurğulayıb ki, BVF-nin hesablamalarına görə, Ukraynaya 2026 və 2027-ci illər üçün dövlət və hökumət qurumlarının fəaliyyətini dəstəkləmək, eləcə də döyüş meydanında müqaviməti davam etdirmək üçün 135 milyard avro lazımdır.
"Politico" əvvəllər Avropa Komissiyasının Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 165 milyard avro kredit verilməsini təklif etdiyini bildirmişdi.