03 dekabr 2025 17:23
125

Makron Trampın xüsusi elçisinin Rusiyaya səfərini SABOTAJ ETMƏYƏ ÇALIŞIB?

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya səfərini sabotaj etməyə çalışıb.

“İki sahil” xəbər verir ki, bu iddia ilə Fransanın sağçı "Patriots" partiyasının lideri Florian Filippot öz "YouTube" kanalında açıqlama verib.

“Bu, məğlubların görüşü, çarəsizlərin görüşü idi, amma mətbuat konfransında da göründüyü kimi, Makron onun tərəfində olduğunu, sülh istəmədiyini göstərmək üçün hər cür səy göstərirdi. Və o, Uitkoffun səylərini sabotaj etməkdən çəkinmirdi”, - deyə, Filippo bildirib.

Onun sözlərinə görə, Trampın komandası Ukrayna liderinə bir şans belə buraxmayacaq, bunu Uitkoffun Rusiyaya səfərinin təşkil olunma sürəti sübut edir.