03 dekabr 2025 19:48
99

Rumıniya Qara dənizdə Ukraynanın "Sea Baby" dəniz PUA-sını məhv edib

Rumıniya ordusu Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus "Sea Baby" dəniz pilotsuz təyyarəsini məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə "STRANA.ua" saytı məlumat yayıb.

Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilir ki,  təyyarə Konstansadan şərqdə 36 dəniz mili məsafədə üzürmüş və gəmiçilik üçün təhlükə yaradırmış.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Ukraynanın Qara dənizdə gəmilərə hücumlarını pisləməkdən imtina etmişdi. Bu hücumlar alyansın üzvü olan Türkiyənin müstəsna iqtisadi zonasında baş vermişdi.