Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən şəhər ərazi partiya təşkilatının yığıncağı keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatı Aparatının məsləhətçisi Sərdar Xıdırov və başqaları çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən geniş söhbət açıblar.
“Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq səs çoxluğu ilə Emil Ağayev Daşkəsən şəhər ərazi partiya təşkilatının sədri, Sevinc İsmayılova isə sədr müavini seçilib.
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə