Bu dəfə fındıqburun Şvabe Azərbaycanda dövlət çevrilişinə hazırlaşan xəyanətkarların vəkili rolunda çıxış edir
Biz Frank Şvabeni anti-Azərbaycan davranışlarına görə tanıyırıq. O, hər vaxt əsassız olaraq ölkəmizə şər atmaqda, ermənipərəst mövqedən çıxış etməklə fərqlənib.
Bu avrodələduz nə qədər həyasızdırsa, hətta Azərbaycanda dövlət çevrilişinə hazırlıq kimi böyük bir cinayət işinə qarışır, adları dövlətə xəyanət etməkdə hallandırılanlara qahmar çıxır və nə baş verdiyini bilmədən hakimiyyət orqanlarını tənqid edir. Əcaib haldır ki, Avropa Şurasını işə qoşa bilməyəndə “qollarını çırmalayıb” özü girişir. Bu, qudurğanlıqdan başqa bir şey deyil. İndi keçək Şvabenin bilmədiyi detallara.
AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Avropa Parlamentinin, Avropa Şurasının və digər qurumların tanınmış nümayəndələrinin ardıcıl bəyanatlar və açıqlamalar verəcəyi gözlənilirdi. Xəbər verilir ki, illər boyu xalqına qarşı cıxan nankor Əli Kərimlinin evində 29 noyabrda axtarış olub və o, Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb, onunla bağlı 30 noyabrda istintaq hərəkətləri davam edib, 1 dekabrda isə məhkəmənin qərarı ilə barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib, ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Başqa vaxt Azərbaycanda kiçicik dəyişikliyi belə hallandıran Avropanın böyük təşkilatları bu dəfə dərin sükuta gediblər.
Keçən müddət ərzində yalnız iki kiçik qurum - "Amnesty International" və “Human Rights Watch” həbsi pisləyən açıqlama yayıb, bir də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabe fərdi şəkildə açıqlamasında bu həbsi tənqid edib.
Hər iki qurum - "Amnesty International" və “Human Rights Watch” uzun müddətdir Azərbaycana münasibətdə qeyri-normal yanaşma sərgilədiyi üçün dəfələrlə tənqid edilib və Azərbaycan hakimiyyəti tərəfindən onların qiymətləndirmələri rədd edilib. Hər iki qurum xüsusilə 44 günlük savaşdan və 2023-cü ildəki antiterror əməliyyatından sonra ermənilərin işğal siyasətinə dəstək olan mövqeyi ilə obyektivlikləri haqda düşüncələri gömüblər. Bu qurumların bu və ya digər şəkildə erməni diasporuna həm də maliyyə baxımından bağlı olması isə onların Ermənistandan zorla çıxarılan, yurdu dağıdılan 300 min azərbaycanlı ilə bağlı heç bir ciddi mövqe sərgiləmədikləri halda ermənilərin Qarabağdan könüllü köçünü “insan haqlarını pozulması” kimi dəyərləndirməyə cəhd etmələrində üzə çıxdı. Halbuki ermənilərin könüllü köçünü əks etdirən tam video-görüntülər var.
Belə görünür ki, onlara sübut-filan lazım deyil, yalnız uydurduqlarına, yuxuda gördüklərinə inanırlar. Dediyimiz kimi, Frank Şvabe sübutlara baxmayaraq böhtanlarından əl çəkmədi. O, artıq Azərbaycana qarşı “şəxsi düşmənçilik” apardığını danmır. Bu tip Azərbaycanda keçirilən bütün qlobal tədbirlərə qarşı çıxır, hətta COP29-a qarşı da “barışmaz mövqe” ortaya qoydu, həmçinin 44 günlük savaşda və ondan sonra da ermənilərin qatı müdafiəçisinə çevrildi. Şvabe Azərbaycanda hər kəsə bəlli olan antia-Azərbaycan komandanın ən çirkin üzvüdür və onun bu tərzdə reaksiyası tamamilə gözlənilən idi.
Qeyd etməliyik ki, Avropanın böyük təşkilatları hücumlarını xeyli səngidiblər. Yəni, illərdir Azərbaycana qarşı olan iki kiçik qurum və bir deputatdan başqa Avropadan heç bir səs yoxdur.
Bəs, necə oldu ki, bu proses Avropada belə səssiz, qəbir sükutu ilə qarşılanır? Onları susmağa vadar edən nədir?
Çünki prosesin özü xüsusi həssaslıqla aparılır, oyuncaq “milli şura”nın sədri Cəmil Həsənli də istintaqa dəvət edilir, ancaq izahatı alındıqdan sonra sərbəst buraxılır. AXCP sədrinin köməkçisi Faiq Əmirli, o cümlədən funksioner Ruslan Əmirov ifadə verdikdən sonra azad edilirlər və s.
AXCP üzvləri ən sərt bəyanatlarla çıxış edir, məhkəmə önündən açıqlama yayır və siyasi mövqelərini ifadə edirlər; onların məhkəmə binası önündə toplaşmasına maneə yoxdur, fikirlərini açıq ifadə edə bilirlər, sosial şəbəkədə etirazlarını yayırlar. Buna görə də prosesin “müxalifətə təzyiq” kimi təqdimatı absurddur. Bunu mümkünsüz edən isə həbsin Ramiz Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsində ittiham edilərək, istintaqının aparılması çərçivəsində baş verməsidir. 25 ildən çox müddətdə hazırkı iqtidarın əsas fiqurlarından sayılan, bu ölkənin ən yüksək mükafatlarını alan və hazırda 87 yaşını tamamlamaqda olan bir şəxsin dövlətə xəyanəti çərçivəsində aparılan istintaqdan söhbət gedir və bu, qətiyyən sıradan bir hadisə deyil.
Həssas vaxtdır və hazırda dünyanın, dəhlizlərin, sərvətlərin, torpaqların, resursların bölüşdürülməsi prosesi davam edir, hələ heç bir dəqiq konturlar müəyyən edilməyib. Bu baxımdan “dövlətə xəyanət”, “hakimiyyətin zorla ələ keçirilməsi” və buna hakimiyyətin içində məharətlə gizlənmiş bir şəxsin - Ramiz Mehdiyevin rəhbərlik etməsi Azərbaycanda maraqlı olan qüvvələrin də diqqətini cəlb edir. Yəni, “bir urus Əhmədimiz var, bəsimizdir.” İndi bu Şvabe nə demək istəyirsə yəqin heç özü də anlamır. Məgər bunun vəzifəsi xalqların iradəsinin əleyhinə çıxmaqdır? Şvabe əgər Əli Kərimlini müdafiə etmək istəyirsə qoy əlindəki faktlardan çıxış etsin, yoxdursa boş-boş danışmasın, yoxsa onun kimi isə bəyənib-bəyənməməsi tamamilə mənasız bir işdir. Yəni it gəldi, örkən apardı. Heç kim Şvabeni Əli Kərimliyə vəkil təyin etməyib. Yaxşı olar ki, avrodələduz öz yerini bilsin, Avropada baş verən üsyanların səbəbini öyrənsin, sivri burnunu onun-bunun işinə soxmasın. Məgər onun öz ölkəsində problemlər azdır? Qoy bu gicbəsər öz almanlarının məsələləri ilə məşğul olsun.
Vəli İlyasov, “İki sahil”
“Konstitusiya və Suverenlik İli” kontekstində iqtisadi suverenlik və qiymət sabitliyi
Konstitusiya və Suverenlik medianın gözü ilə: Dövlətçilik ideyasının yeni mərhələsi