VAHİD NOVRUZOV: BİBLOQRAFİYA
M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının Elmi redaktə və Nəşriyyat işləri şöbəsinin iştirakı ilə “Apostrof -A” nəşriyyatı bu günlərdə iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komisiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini,Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvi, Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin akademiki, Beynəlxalq Ekologoya Akademiyasının həqiqi üzvi, Asiya Elmlər Akademiyasının TK İdarə Heyətinin üzvi, habelə Gürcüstan Mühasiblər, Auditorlar və Məslətçilər Cəmiyyətinin fəxri üzvi Vahid Novruzovun ictimai-siyasi, elmi fəaliyyətini əks etdirən sanballı, nəfis tərtibatlı “Vahid Novruzov- Bibloqrafiya” adlı kitabı kütləvi tirajla nəşr etmişdir.
Səbuhi Gülməmmədovun, Afiqə Bayramovanının tərtibçiliyi ilə ərsəyə gələn bu kitaba Milli Məclisin üzvi, akademik Ziyad Səmədzadə “Yüksək intellek, tükənməz enerji sahibi” adlı geniş ön söz yazmışdır. Nəşrin redaktorları fililogiya elmləri doktoru, professor Mahirə Nağıqızı və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevdir. Kitabla tanış oldudca adlı-sanlı alimin, ictimai-siyasi xadimin - Vahid Novruzovun elmi yaradıcılığı və ictimai-siyasi baxışlarını izlədikcə ömrünün mənalı səhifələri göz önündə canlanır. Onun Azərbaycan xalqı və Azərbaycan elmi qarşısında olan xidmətlərini bir daha xatırlayırsan. Xalqımızın əbədiyaşar, unudulmaz oğlu, müstəqil, müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin əbədiyaşar ömrünün, tarixi ictimai-siyasi dövlətçilik fəaliyyətinin bir qismini əhatə edən “İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” adlı kitab “ Bibloqrafiya” adlandırılmış bir topluda bir daha qürurla yada salınır, Ulu Öndərin dövlətçilik fəlsəfəsinin tədqiqi, ayrı-ayrı dövrlərin diferensiyası elmi-siyasi baxımdan yüksək qiymətləndirilir. Bu baxımdan 1969-1997-ci illərdə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafında, bazar münasibətlərinin formalaşmasında, islahatların yetərincə həyata keçirilməsində, habelə xarici iqtisadi əlaqələrin daha geniş vüsət almasında Ulu Öndər Heydər Əliyevin dünya şöhrətli böyük siyasətçi və müdrik dövlət xadimi kimi misilsiz rolunu Vahid Novruzovun hələ 1998-ci ildə öz təmkinli, istedadlı təhkiyəsi ilə yazdığı və “Azərnəşr” tərəfindən nəşr olunan kitabında Ulu Rəhbərin təşkilatçılıq məharətini, peşəkar idarəçilik səriştəsini və zəngin iş təcrübəsini geniş araşdırılmışdır. Ümummilli Liderimizin həyata keçirdiyi düzgün və səmərəli sosial-iqtisadi siyasət əsas mahiyyəti Vahid Novruzov tərəfindən əsərin stixiyasına rəğmən konkret faktlar, materiallar və rəsmi sənədlər əsasında tədqiq olunmuşdur. Professor Vahid Novruzov yorulmaz iqtisadçı alim olaraq həmin əsərində 1970-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-iqtisadi duruma, 1970-1982-ci illər ərzində ölkəmizdə yüksək templərlə irəliləyən tərəqqi və inkişaf dinamikasına bir daha nəzər salaraq, həmin dövrün iqtisadi artım və fəal dinamik inkişafını rəsmi faktlarla təhlil edərək, Azərbaycanın milli inkişafının formalaşmasında mühüm rol oynayan unudulmaz Heydər Əliyevi Azərbaycanın milli mənafeyinin bariz müdafiəçisi kimi təqdim etmişdir. “Azərbaycanın milli mənafeyinin bariz müdafiəçisi” ifadəsinin Ulu Öndərimizin cahanşumul dövlətçilik siyasi fəaliyyətinə necə də dərin obyektivliklə və reallıqla böyük önəm verir desək, yanılmarıq. İqtisad elmləri doktoru Vahid Novruzov həmin əsərin siyasi məna düzənində xalqımızın böyük oğlu Heydər Əliyevin o zamanlarda siyasi və mənəvi təzyiqlərə tuş gələndə,- yəni Moskvada yüksək dövlət vəzifələrində (həm də fikir verin,- vəzifəsində yox, vəzifələrində!) çalışdığı dövrdə belə vaxt, imkan tapıb Azərbaycan iqtisadiyyatına göstərdiyi diqqət və qayğısını yada salan müəllifin qənaətini alqışlayırıq. Həmin o qayğı və yanaşma müəllifin öz təsvir və konvergensiyasında necə də riqqətvericidir! Dahi Rəhbərin- Heydər Əliyevin uzaqgörənliyi, Vətənə və xalqa böyük və tükənməz məhəbbəti müəllifin təhlilində bir daha özünü büruzə verir. Təkcə geniş oxucu kütləsi üçün deyil, həmin kitab sosial-iqtisadi, ictimai-siyasi baxımdan maliyyə, vergi, bank işçiləri, tələbələr üçün tutumlu dərslik vəsaiti kimi istifadə olunacağına önəm verir. Geniş diapazonlu, ətraflı mövzu dairəsi ilə cilalanmış bu əsərdə Vahid Novruzov Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki kimi Heydər Əliyevin dövlət quruculuğu strategiyasını, həm də iqtisadi inkişaf konsepsiyasını yüksək intuitvlik pillələr boyu araşdırır, Ulu Öndərimizin həyata keçirdiyi böyük iqtisadi islahatların Azərbaycanın tərəqqisində, xarici iqtisadi əlaqələrin rolunu elmi, siyasi assosiasiya yaratmaqla mənalandırır. Neftlə bağlı problemləri, prespektivləri məhz ölkənin, əhalimizin yüksələn rifahı ilə bağlayır. Beləliklə, Respublika Auditorlar Palatasının sədri kimi öz təhlil və araşdırmalarında “İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” kimi yeni, tutumlu ifadəni ölkəmizin iqtisadi strategiyasının çox mühüm istiqamətlərindən ən öncülü kimi təqdim edir. Azərbaycan tarixinin sahibkarlıq dövrünü sosial-iqtisadi inkişafımızın yeni yüksəliş proqramı çərçivəsində qiymətləndirir və bu işlək proqramı başqa bir lazımlı təfəkkül, işgüzar vasitə kimi təqdim edir. “Vahid Novruzov- Biblioqrafiya” kitabının əsasını təşkil edən mövzuların başqa bir fəsli isə bugünkü müstəqil Azərbaycanın Qalib və Müzəffər Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çiçəklənməkdə olan ölkəmizin ictimai-siyasi həyatında, dövlətçilik fəaliyyətində irəlliyən böyük uğurlarınından söz açır.Ölkəmizdə daim irəliləyən iqtisadi inkişaf modelini yaratmış və onu köklü surətdə möhkəmləndirib dünya düzəninə çıxarmış Prezidentimiz tərəfindən həyata keçirilən böyük müvəffəqiyyətlərin, - yəni qətiyyətli, tarixi, xarici və daxili siyasətin həyata əbədi vəsiqə almış dövlət proqramlarının və makroiqtisadi layihələrin Azərbaycanın bugününün, gələcəyinin daha da nəhəng yüksəlişinə rəvac verməsini göstərmişdir..
Azərbaycan ərazilərinin bütövləşdirilməsi, işğal olunmuş torpaqlarımızın son addımına kimi alınıb sürətlə abadlaşdırılması, nəhəng quruculuq işlərinin gündən-günə, saatdan-saata sürətlənməsi, “yaşıl iqtisadiyyat”ın qurulması istiqamətində böyük irəliləyişlərin daim böyüyüb yeniləşməsi Müzəffər Prezidentimiz İlham Əliyevin çevik, səmərəli, eyni zamanda, yaxın və uzaq gələcəyə hədəflənmiş iqtisadi strategiyasının dayanıqlı bərqərar olmasınının şərhi ustalıqla qələmə alınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə bir-birinin ardınca bəxş etdiyi möhtəşəm qələbələr Vətənimizin dünya miqyasında milli, müstəqil dövlət siyasətinin real abidəsi kimi gündən-günə ucalıqlara yüksəlməkdədir. Cənab İlham Əliyevin çoxşaxəli, çoxistiqamətli daxili və xarici siyasətinin uzunömürlü strategiyası və birinci növbədə öz milliliyi, müasirliyi, cəsarəti, qətiyyəti, xoşməramlılığı professor Vahid Novruzovun haqqında bəhs etdiyimiz əsərində geniş elmi və siyasi cəhətdən təhlil olunmuşdur. Bununla bərabər, həm də həmin mövzu bu kitabda obyektiv alim qələmi ilə bir-bir təhlil edilmiş, yerli-yerində bütün cizgiləri ilə oxuculara çatdırılmışdır. Əsərin diqqəti cəlb edən bir sıra maraqlı məqamlarından biri də Prezident İlham Əliyev tərəindən “yaşıl İqtisadiyyat”a verilən mühüm bir önəm, - COP29-un çox yetkinliklə keçirilməsinin mötəbər xarici iştirakçılar tərəfindən obyektivliklə və yüksək qiymətləndirilməsin məsələsinə müəllifin özünəməxsus ustalıqla yanaşma tərzidir. Professor Vahid Novruzovun qənaətinə görə, Azərbaycanda həyata keçirilən əsaslı və uğurlu islahatlar ölkəmizin daha da müasirləşməsinə, hərtərəfli zənginləşməsinə yönəldilən “Yol Xəsitəsi”ndə nəzərdə tutulan hər bir işin uğurlarının səmərəli və şəffaf mühitdə qazanılmasında möhkəm və etibarlı dayaq yaratmaqla, Azərbaycanın Müzəffər Prezidenti cənab İlham Əliyev öz çoxşaxəli və çoxistiqamətli idarəetməsində yeni dövrün, çağdaş zamanın çağırışlarının nəzərə alınmasının vacibliyini bütün dərinliyi və dəqiqliyi ilə nəzərə almasıdır. Məhz bu göstəricilər təkcə bizim indiki dövrümüzdə yox, hələ uzun illər gələcək nəsillər üçün də öz tohfəsini verəcəkdir. Vahid Novruzov yetkin iqtisadçı alim, tanınmış professor kimi bütün göstəriciləri qələbələrimizin rəhni kimi xarakterizə edərək, iqtisadiyyatımızın inkişafı və onun yenilməz gücünü, ölkəmizdə auditin yenilənib bir daha uğurla bərqərar olmasını Prezident İlham Əliyevin adı və yorulmaz siyasi fəaliyyəti ilə bağlayır. Vahid Novruzov rəhbərlik etdiyi Auditorlar Palatasının qarşısında qoyulmuş tapşırıqların məsuliyyətini dərindən başa düşərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü proqram xarakterli vəzifələrə uyğun olaraq daha məsuliyyətlə çalışmaqla audit şəbəkəsinin qüvvə və səylərini ölkəmizdə uğurla həyata keçirilən əzəmətli quruculuq işlərinə sərf etməkdə görür. Bu baxımdan Vahid Novruzov iqtisadiyyatımızı təhlil edən müxtəlif mövzulu məzmunlu əsərlərində Azərbaycanı ictimai-siyasi cəhətdən sabit, iqtisadi yöndən güclü, sürətlə artan və irimiqyaslı layihələr icra edən bir ölkə kimi xarakterizə edərək, Prezident İlham Əliyevin çıxışlarından gətirdiyi ixtibası bir daha nəzərə çatdırır: “Bu gün Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafi sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının güclənməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəlməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır”. Bütün bunları iş proqramı kimi qəbul edən prosessor Vahid Novruzov haqqında bəhs etdiyimiz bu kitabda həmin müdrik sözlərə rəğmən bir daha qeyd edir ki, iqtisadi siyasətdə yersiz və qanunsuz yoxlama, kənar müdaxilə halları ilə audit arasında hüquqi sədd çəkildiyi, əsassız yoxlamalara qadağa qoyulduğu bir vaxtda auditin əhəmiyyəti və inkişafının zəruriliyi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Elm və təhsil sahəsində müstəsna xidmətlərinə görə Beynəlxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı” ilə təltif edilmiş Vahid Novruzovun kitabları gənc tədqiqatçı alimlər, auditorlar və tələbələr üçün dərslik vəsaiti kimi faydalı olacağına ümid edirik.
Tahir Məmmədov, “İki sahil”
“Konstitusiya və Suverenlik İli” kontekstində iqtisadi suverenlik və qiymət sabitliyi
Konstitusiya və Suverenlik medianın gözü ilə: Dövlətçilik ideyasının yeni mərhələsi