05 dekabr 2025 08:35
78

Moskva–Dubay marşrutu üzrə uçan təyyarə Bakıda təcili eniş edib

Bu gün “FlyDubai” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

“İki sahil” xəbər verir ki, Beynəlxalq hava limanından bildirilib ki, təyyarə yerli vaxtla saat 05:30-da Bakı aeroportuna uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.