05 dekabr 2025 09:15
46

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki,  Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Nərimankənd və Səmədabad qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.