06 dekabr 2025 00:15
106

Ağababayan doğrudanmı bu qədər sarsaqdır?

Ermənistanda bir qrup siyasi boşboğaz yenidən Qarabağ məsələsini gündəmə gətirmək üçün hərəkətə keçib. Qrup üzvləri populist çıxışlar edərək normal insan ağlına gəlməyən məsələdən danışırlar. Belə görünür haylar Qarabağdan öz xoşları ilə köçüb gedəndən sonra peşmançılıq çəkməyə başlayıblar. Onlar yenə də çürümüş bir ideyanı-Qarabağın Ermənistana “birləşdirilməsi” kimi çeynənmiş xülyanı ortaya atıblar. Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababayan iddia edib ki, bu prosesi reallaşdırmaq lazımdır. “Müasir tariximizin ən təməl daşı Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini elan etmək idi. Onu həyata keçirmək lazımdır”.

Görürsünüzmü, bunlar özlərini oyuncaq kuklalar kimi aparırlar. Vaxtilə türkün qəddar düşmənləri olan havadarlarının hərtərəfli dəstəyi ilə Azərbaycanın Qərb ərazilərində dövlət qurdular, bəs etmədi. İndi də ortalığa  ölkəmizin başqa hissəsini həmin hissəyə birləşdirmək kimi sarsaq fikir atıblar. Adını da qoyublar “miatsum.” 1987-ci ildən başlayaraq bu planı həyata keçirməyə çalışırlar. Müvəqqəti olsa da Qarabağı başqa dövlətlərin köməyi ilə işğal edəndə bunu öz qələbələri hesab etdilər. Özgənin gölgəsinə sığınıb ölkəmizə əzələ oynatdılar. Lakin İkinci Qarabağ müharibəsində güclü Azərbaycan Ordusu terrorçu- təcavüzkar yığınını darmadağın etdi. İşğal altında olan torpaqlarımız quldurlardan tamamilə təmizləndi. Düşünmək olardı ki, bu “dərs”dən sonra haylar ağıllanar, gözlərini torpaqlarımızdan çəkərlər. Amma elə deyilmiş. Alvina kimi araqarışdıranlar hələ varmış. Xaricdən təlimatlandırılan bu adamlar toplumun iradəsinə qarşı çıxırlar.

Dediyimiz kimi, Ağababayanın qrupu hay toplumunun fikirlərini ifadə etmir, sadəcə kiçik bir separatçı dəstənin iddialarını yaymaqla məşğuldur. Ancaq onlar cəmiyyətin istiqamətini dəyişmək gücündə deyillər. Ölkənin rəhbərliyi bu qrupun fəaliyyətinin əleyhinədir. Bir sözlə, baş nazirin komandası ilə kiçik bir qrupun qarşılaşmasında kimin məğlub olacağı irəlicədən məlumdur. Çünki bir dəfə ağır məğlubiyyətə uğrayaraq itkilər verən hay toplumu yeni müharibə istəmir. Bilirlər ki, yeni müharibə olarsa onları tamamilə məhvolma təhlükəsi gözləyir. Hələ elə erməni anaları var ki, övladını gözləyir, gözləri yollarda qalıb. Ona görə də Qarabağ torpaqlarında biabırçı hərbi məğlubiyyətdən sonra Ağababayan kimilərin müharibə ritorikası heç vaxt işləməz.

2020-ci ilin noyabrından cəmi beş il keçib. Göründüyü kimi, Ağababayan kimi sarsaqlar yenə qızışıb, həvəsə gəliblər. 44 günlük müharibədən aldıqları “dərsləri” unudublar. Buyursunlar, gəlsinlər, bu dəfə heç 44 gün də lazım olmayacaq. Yenidən darmadağın olunmaq üçün uzağı bir həftə kifayət edəcək. Amma Ermənistanda yalnız gicbəsərlər hərbi əməliyyat barədə düşünə bilərlər.

Artıq iki ildir ki, Ermənistanın baş naziri Nikol  Paşinyan qonşuların ərazilərini zəbt etmək kimi çürük ideyanı ehtiva edən maddəni konstitusiyadan çıxarmağa hazırlaşır və gələn ilin martında yeni qanunvericilik aktının mətni hazır olacaq. ABŞ-da Prezident Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan rəhbərləri sülh razılaşmasına gəliblər. Baş nazir Nikol Paşinyan xam xəyalları bir tərəfə ataraq real Ermənistan qurmaq, ərazi iddialarından geri çəkilmək xəttini irəlilədir. O, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Daxili və xarici təzyiqlərə baxmayaraq bu işi inadla davam etdirir. Sülhün bərqərar olması üçün artıq xeyli müsbət addımlar atılıb və bu məsələ gündəmdədir. Son həftələr həm Azərbaycan, həm də Ermənistan vətəndaş cəmiyyətləri nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, xarici ölkələrdə nazirlərin görüşüb fikir mübadilələri aparmaları sülhə doğru atılan real addımlardır. Bunu bizdən çox haylar qiymətləndirməlidir, çünki müharibədə məğlub olan və daha çox itki verən, hazırda zəif durumda plan məhz onlardır.

Yəni, erməni millətçiləri, daşnak qüvvələri birdəfəlik unutmalıdırlar ki, Qarabağın Ermənistana birləşdirilməsi absurd məsələdir. Onların axmaq gözləntiləri heç vaxt baş tutan deyil. Hətta bunu işğal dövründə belə edə bilməyiblər. Nikol Paşinyan isə dəfələrlə bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyib və Vaşinqtonda avqustun 8-də sülh mətni paraflanıb. Orada isə tərəflərin bir-birinə qarşı ərazi iddiaları qaldırmaması razılaşdırılıb. Prezident Donald Trampın iştirak etdiyi sülh danışıqlarını pozmağa cəsarət etmək qorxaq erməni xarakterinə yaddır.

Bəs Ağababayan kimiləri niyə hələ də belə sərsəm çıxışlar edirlər? Erməni cəmiyyətinə kimlərsə doğrudanmı gələcəkdə Qarabağın Ermənistana birləşdiriləcəyinə inanır? Haylar bu qədərmi sadəlövh və ağılsızdır? İki yüz ildir alınmayan bu ideyaya qulluq etmək özünü aldatmaqdır. Ermənilərlə azərbaycanlıların qarşılıqlı səfərləri bu prosesə təsir edəcəkmi? Əlbəttə, təsir edəcək, amma “miatsum” xəstəliyinə  yoluxmuş cəmiyyəti tamamilə “müalicə” etmək mümkün deyil. Qana və sümüyə işləmiş bu xəstəlik bəlkə daha bir neçə nəsil dəyişəndən sonra sağlama çıxa bilər.

Vəli İlyasov, “İki sahil”