Ov tüfəngindən ehtiyatsız davranış hadisəsi rayonun Baydarlı kəndinin otlaq sahəsində baş verib.
“İki sahil” xəbər verir ki, 46 yaşlı rayon sakini Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sakin Rayon Mərkəzi Xəstəxana yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata əsasən, R. Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı Qax rayon polis şöbəsində istintaq araşdırmaları aparılır.
Tərtərdə narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olan şəxs saxlanılıb