Rusiya ilə Ukrayna sülhə heç vaxt olmadığı qədər yaxındır.
“İki sahil”in "Al-Jazeera"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bildirib. "Bu, bizim üçün yəqin ki, ən yaxşı fürsətdir. Deyə bilərik ki, biz sülhə həmişəkindən daha yaxınıq", - səfir vurğulayıb. O, həmçinin qeyd edib ki, Vaşinqton münaqişənin başa çatması üçün tərəflərin ikisinə də optimal yanaşma tapmalıdır.
"ABŞ Prezidenti Donald Trampın dediyi kimi bu, düzgün yanaşma tapmağı tələb edən mürəkkəb bir vəziyyətdir və nəticədə bu müharibə başa çatmalıdır", - M.Uitaker əlavə edib.
Suriyada prezident seçkiləri yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.
İsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır
Ukrayna ordusu Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib