17 mart 2026 11:56
108

Rusiyanın Ukraynanın üç vilayətinə hücumları nəticəsində 20 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinə zərbələr endirib, 20 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-i vilayət hərbi administrasiyalarının rəhbərlərinə istinadən məlumat yayıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya silahlı qüvvələri Xarkova və vilayətin 16 yaşayış məntəqəsinə raket və PUA zərbələri endirib. Nəticədə 10 dinc sakin xəsarət alıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın hücumları nəticəsində iki nəfərin yaralandığını bildirib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov "Telegram" kanalında qeyd edib ki, hücum nəticəsində xəsarət alanların sayı artaraq 8 nəfərə çatıb.