17 mart 2026 14:01
97

Tokayev 15 mart tarixini Qazaxıstanda Konstitusiya Günü elan edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, martın 15-i Qazaxıstanda rəsmi dövlət bayramı — Konstitusiya Günü kimi qeyd olunacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Tokayev yeni Konstitusiyanın qəbulunu ölkə tarixində dönüş nöqtəsi adlandırıb və bunun dövlətin inkişafına böyük təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, Qazaxıstan prezidenti kimi əsas qanunu bütün xalq adından imzalayıb.

Prezidentin sözlərinə görə, xalq Konstitusiyası iyulun 1-dən rəsmi olaraq qüvvəyə minəcək. Bununla yanaşı, Konstitusiya Günü hər il martın 15-də ümummilli səviyyədə qeyd ediləcək.