08 dekabr 2025 09:05
141

AEBA ekspertləri Yaponiyaya səfər edəcəklər

Beynəlxalq ekspertlərdən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) nümayəndələrindən ibarət birgə qrup dekabr ayında "Fukusima-1" Atom Elektrik Stansiyasından təmizlənmiş suyun axıdılmasını yoxlamaq və ekspert təhlilini aparmaq üçün Yaponiyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ekspertlər qrupu dekabrın 15-dən 19-dək ölkəyə səfər edəcək. Onun tərkibinə AEBA nümayəndələri ilə yanaşı, Rusiya və Çin də daxil olmaqla 11 ölkədən müstəqil ekspertlər daxil olacaq.

Vurğulanıb ki, Yaponiya hökuməti AEBA-nı bütün lazımi məlumatlarla təmin etməyə davam edəcək.

2023-cü ildə Yaponiya hökuməti təmizlənmiş suyun tədricən okeana buraxılmasına başlamaq qərarına gəlib və bu əməliyyat 30-40 il davam edəcək. Hər bir mərhələ təxminən 7800 ton suyun boşaldılmasını nəzərdə tutur; Yaponiya bu günə kimi 15 belə mərhələni başa vurub.