"YAŞAT" Fondu yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 manat məbləğində maddi yardım edib.
“İki sahil” xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı Fond tərəfindən "Onlar bizə əmanət" layihəsi həyata keçirilib:
"Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir".