Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.
Nazir bildirib ki, son illərdə 400-dən çox abituriyent 500 baldan çox bal toplayaraq Azərbaycan dili və ədəbiyyatı ixtisasını seçib:
"Şübhəsiz, bu gələcəkdə tədris edən şəxsin bilik və bacarıqlarının üstünlüyünü ifadə edir".
E.Əmrullayev onu da bildirib ki, yüksək bal toplayan şəxs ola bilər ki, iki səhifəlik yazıda xeyli yanlışlara yol versin.
"Bu da ayrı-ayrı dil səriştərlərinin zamanında artırlması istiqamətində fəaliyyətin olmamasından doğur.