08 dekabr 2025 16:59
82

BƏƏ və Səudiyyə Ərəbistanından olan turizm şirkətlərinin iştirakı ilə tanışlıq səfəri təşkil olunub

1-7 dekabr tarixlərində Azərbaycan Turizm Bürosu BƏƏ-dən 21, Səudiyyə Ərəbistanından 10 turizm şirkətinin iştirakı ilə tanışlıq səfəri təşkil edib. 

“İki sahil” xəbər verir ki, BƏƏ və Səudiyyə Ərəbistanı nümayəndə heyəti Bakı, Quba, Qusar və Şabran şəhərlərində Azərbaycanın müxtəlif turizm məhsulları ilə tanış olub. 

Proqram çərçivəsində iştirakçılar "Şahdağ" Turizm Mərkəzinə səfər ediblər, həmçinin ölkəmizdə qolf turizmi və qastroturizm haqqında məlumatlandırılıblar.

Bundan əlavə, səfər müddətində 60 yerli turizm şirkəti, o cümlədən "Azərbaycan Hava Yolları" QSC, BƏƏ və Səudiyyə Ərəbistanı turizm agentliklərinin iştirakı ilə B2B formatlı görüşlər keçirilib.

Görüşlərdə hər iki ölkənin turizm şirkətləri gələcək əməkdaşlıq və birgə turizm məhsullarının inkişafı imkanları ilə əlaqədar müzakirələr aparıb.