Slovakiyanın Prezidenti Peter Pelleqrini Azərbaycanla olan tərəfdaşlığı təbii tərəfdaşlıq kimi qiymətləndirib.
“İki sahil” xəbər verir ki, Prezident bu barədə Bratislavada Azərbaycan dövlət başçısı İlham Əliyevin şərəfinə veilən rəsmi ziyafətdə deyib.
"Şəxsi təmaslarımız vasitəsilə illər boyunca qurduğumuz Slovakiya-Azərbaycan tərəfdaşlığı təbii bir tərəfdaşlıq kimi görünür və istənilən ab-havada daimi xarakter daşıyır. Biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik. Avqustda imzalanmış razılaşma "sülhə nail olmaq mümkündür" kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik", - o əlavə edib.
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Prezident: Slovakiyadan minatəmizləmə üçün aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə imkan yaradır
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı "Qurban olum Azərbaycan" mahnısı ifa edilib
Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib - YENİLƏNİB