10 dekabr 2025 13:59
125

Azərbaycanın mallarının Naxçıvana və Türkiyəyə Ermənistan üzərindən tranziti müzakirə olunur

Ermənistan Azərbaycanla ticarət-iqtisadi əməkdaşlığa hazırdır, bu neft məhsullarının alınmasını da əhatə edə bilər.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

O, yalnız yanacağa fikir verməməyə çağırıb: "Əminəm ki, nə qədər çox alternativ enerji mənbələri olsa, Ermənistan üçün bir o qədər yaxşı olar".

Onun sözlərinə görə, Azərbaycan mallarının Ermənistan üzərindən Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə tranziti məsələsi müzakirə olunur. O, yaxın zamanda bu cür tranzitin olacağını istisna etməyib.

Daha əvvəl məlum olmuşdu ki, Azərbaycan Ermənistana Gürcüstan ərazisindən neft məhsulları partiyası göndərəcək. Tbilisi birdəfəlik olaraq gömrüksüz tranzitə razılıq verib.