10 dekabr 2025 12:30
75

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar.

“İki sahil” xəbər verir ki,  Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib.

Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməlidirlər.

Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.