11 dekabr 2025 22:14
83

Strateji tərəfdaşlığın yeni mərhələsi

Dekabrın 8-də Slovakiya Respublikasının paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib.

Bu səfər Azərbaycan–Slovakiya münasibətlərinin tarixində mühüm mərhələ olmaqla, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində daha da möhkəmləndirilməsinə xidmət edib., Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında Slovakiyaya ilk rəsmi səfərinin münasibətlərə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə yüksəldib və bu sənəddən sonra bütün sahələr üzrə əməkdaşlıq daha da intensivləşib., Enerji sahəsi səfərin əsas istiqamətlərindən biri olub. Dövlətimizin başçısı qeyd edib ki, ötən ildən etibarən Azərbaycan qazı Slovakiyaya çatdırılır və ölkəmiz Slovakiyanın ehtiyaclarını istənilən həcmdə təmin etmək imkanına malikdir.

Hazırda Azərbaycanın ümumi qaz ixracının 25 milyard kubmetr olduğu, bunun yarısından çoxunun Avropa ölkələrinə yönəldiyi diqqətə çatdırılıb. Bu fakt Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini bir daha təsdiqləyir., Prezident İlham Əliyev müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın da perspektivli istiqamət olduğunu bildirib. Bu sahədə məqsədin hərbi qarşıdurma deyil, texnoloji inkişaf və sənaye sinerjisinin yaradılması olduğu xüsusi vurğulanıb. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə və istehsal imkanlarının birləşdirilməsi nəticəsində dünya bazarı üçün yeni məhsulların istehsal edilə biləcəyi qeyd edilib., Nəqliyyat və bağlantılar sahəsi də müzakirələrin əsas mövzularından olub.

Prezident İlham Əliyev Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizində mühüm rol oynadığını, Orta Dəhlizin ən təhlükəsiz və etibarlı marşrutunun Azərbaycan ərazisindən keçdiyini bildirib. Bu sahədə əlavə investisiyalar hesabına imkanların daha da genişləndiriləcəyi vurğulanıb. Bununla yanaşı, informasiya texnologiyaları, süni intellekt və data mərkəzləri sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Azərbaycanın geniş enerji potensialına malik olması bu sahədə beynəlxalq layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır., Prezident İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvət məmnunluqla qəbul olunub. Səfər Azərbaycan–Slovakiya əlaqələrinin gələcək inkişafına mühüm töhfə kimi qiymətləndirilib.

Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri