12 dekabr 2025 10:48
80

Dövlət Xidmətinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

 “İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən məlumat verilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb