12 dekabr 2025 14:07
88

Əli Əsədov Türkmənistanda Heydər Əliyevin xatirəsini yad edib

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanın Türkmənistandakı Səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir Ulu Öndərin xatirəsini ehtiramla yad edib.