12 dekabr 2025 21:38
137

Ulu Öndərin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə  "Modern" hospital tərəfindən ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, hospitalın həyətində keçirilən aksiyada səhiyyə müəssisəsinin direktoru phd.op.dr Taryel Ömərov, həkimlər və inzibati işçilər iştirak ediblər. 

"Hərəyə bir ağac əkək" devizi ilə keçirilən aksiya Ulu Öndər Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.