13 dekabr 2025 09:03
108

Tədqiqat işi yüksək qiymətləndirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov və i.ü.f.d. Asif Əliyevin müəllif olduqları "Ölkənin dayanıqlı həyat keyfiyyətinin idarəedilməsində süni intellekt texnologiyaları" adlı elmi tədqiqat işi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə instituta ünvanlanan məktubda qeyd olunub ki, aktual mövzuya həsr olunan elmi tədqiqatda Azərbaycanda "dayanıqlı həyat keyfiyyəti" göstəricisinin formalaşdırılması üçün qlobal miqyasda aparılan debatlarla məntiqli şəkildə səsləşir. Qeyd olunub ki, tədqiqatda metodoloji baxımdan klassik statistika ilə yanaşı inteqrasiya olunmuş Sİ alətindən – böyük dil modelləri, əsas komponentlər analizi, dəstək vektor reqressiyası, qeyri-səlis məntiq və Fuzzy k-NN kimi üsullardan kombinasiyalı şəkildə istifadə edilib.