13 dekabr 2025 11:32
78

"Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb

Abşeronda dekabrın 12-də "Azərişıq"ın əməkdaşını cərəyan vurması nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb. Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidlini elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.