13 dekabr 2025 18:33
125

"Sabah" "Turan Tovuz"u məğlub edib

"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"u səfərdə məğlub edib.

“İki sahil” xəbər verir ki,  XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.

Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşinci sıradadır.

Günün ilk görüşündə "Zirə" səfərdə "Şamaxı"ya uduzub - 1:2.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.