13 dekabr 2025 23:41
80

Tramp: Çox ciddi cavab tədbirləri görüləcək

ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.

“İki sahil” xəbər verir ki,  o, itkiyə görə kədərləndiyini bildirib və üç yaralı əsgər üçün də dua etdiyini deyib. “Bu, Suriyanın çox təhlükəli bir hissəsində, onların tam nəzarətində olmayan bir yerdə ABŞ-a və Suriyaya qarşı İŞİD hücumu idi. Suriya Prezidenti Əhməd əl-Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab tədbirləri görüləcək”,- deyə Tramp əlavə edib.