14 dekabr 2025 18:32
165

Sidneydəki terror hücumu ilə əlaqədar daha iki nəfər həbs edilib

Sidneydə Bondi çimərliyindəki terror aktı ilə bağlı iki nəfər saxlanılıb.

“İki sahil” bu barədə "The Sydney Morning Herald" qəzetinə istinadla xəbər verir.

Məlumata görə, Avstraliyanın ən böyük şəhərinin cənub-qərbində yerləşən Bonniriq rayonunda bir evdə aparılan axtarışlardan sonra hüquq-mühafizə orqanları iki kişini həbs edib.

Qeyd olunub ki, Yeni Cənubi Uels ştatının iğtişaşlara qarşı mübarizə dəstəsinin əməkdaşları həmin şəxsləri atəş açanlardan birinə məxsus evdə aşkar ediblər.

Ştat polisinin son məlumatına görə, cinayətkarın zərərsizləşdirilməsi istisna olmaqla, 11 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb. "İki əməkdaş odlu silah yarası alaraq kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar əməliyyat olunur", – deyə polis komissarı Mol Lanyon bildirib.