26 aprel 2026 00:54
115

SEPAH: İran Ordusu ABŞ və İsrailin istənilən hücumuna hazırdır

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edib.

“İki sahil” "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.

"ABŞ və İsrail hərbçiləri İrana hər hansı yeni müdaxilə edərsə, şübhəsiz ki, gözləntiləri üstələyən cavabla qarşılaşacaq və bu, strateji çəkindirmə səviyyəsinə çatacaq", - bəyanatda bildirilib və əlavə edilib ki, İran Ordusu bütün təxribatlara hazırdır:

"İran Silahlı Qüvvələri düşmənin hücumlarının qarşısı ala bilər, o cümlədən SEPAH əməliyyat və müdafiə planlarını qiymətləndirib. Hərbi əsirlər üçün düşərgələr də hazırdır".

Bəyanatda vurğulanır ki, ABŞ və İsrail üçün yeganə yol və seçim - insan və maddi-texniki resurslarının qalıqlarını toplayaraq bölgəni tez tərk etməkdir.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Aprelin 8-ə keçən gecə İran, ABŞ və müttəfiqləri atəşkəs razılaşmasına nail olublar, ABŞ Prezidenti Donald Tramp daha sonra bu razılaşmanı qeyri-müəyyən müddətə uzadıb.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun müzakirələrdən sonra tərəflər razılığa gəlmədən görüşü başa vurublar.