“Regional İnkişaf” İctimai birliyi (RİİB) və “100 gün - 100 təşəbbüs” aksiyasına qoşulan Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiya çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları və könüllülərin iştirakı ilə iqlim şəraitinə uyğun olaraq seçilmiş 100 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.